Sinan Oğan:"Dərhal fövqəladə vəziyyət elan edilməlidir"

 Sinan Oğan:"Dərhal fövqəladə vəziyyət elan edilməlidir"
  14 Aprel 2024    Oxunub:1310
İranın İsrailə hücumdan sonra Türkiyənin prezidentliyə keçmiş namizədi Sinan Oğandan diqqətçəkən açıqlama gəlib.
Bu barədə Oğan “X” hesabında paylaşım edib:

“Hökumətimizdən gözləntim şərq və cənub-şərq bölgələrimizdə dərhal fövqəladə vəziyyət elan etməsi, habelə, başda sərhəd bölgələrimizdə mümkün miqrasiyaya qarşı hazır və ehtiyyatlı olmaqdır”.

Xatırladaq ki, İsrail aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğunun binasına hava zərbəsi endirib. Nəticədə İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 2 generalı həlak olub.

Bu gecə isə İrandan İsrailə cavab olaraq yüzlərlə ballistik raket və PUA-lar göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti