Amerikalı ekspertlərin Ukrayna ilə bağlı bədbin proqnozları

   Amerikalı ekspertlərin    Ukrayna ilə bağlı bədbin    proqnozları
  15 Aprel 2024    Oxunub:1073
Rusiya qoşunları mayın 9-dək Donetsk vilayətinin Çasov Yar şəhərini bütövlükdə ələ keçirməyə müvəffəq olmaya bilər. Lakin onlar artıq qəsəbənin şərq hissəsinə daxil olmağı bacarırlar.
AzVision.az xəbər verir ki, Amerikanın Müharibənin Tədqiqi institutunun (ISW) yeni hesabatında Ukrayna Müdafiə Qüvvələrinin artilleriya və hava hücumundan müdafiə sistemlərinin çatışmazlığının ruslara Çasov Yar şəhərin ələ keçirilməsi əməliyyatı zamanı daha sürətlə irəliləməyə imkan verəcəyi vurğulanır.

Analitiklər hesabatda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin Rusiya hərbi komandanlığının mayın 9-da Qələbə gününə qədər Çasov Yarı tutmaq əmri ilə bağlı bəyanatınıa istinad ediblər.

Amerikalı ekspertlərin fikrincə, Rusiya hakimiyyətinin Çasov Yarı cəmi üç həftə yarıma ələ keçirmək məqsədi 2023-cü ilin mayında Baxmut və ya 2024-cü ilin fevralında Avdeyevka ilə müqayisədə şəhəri daha sürətlə ələ keçirə biləcəyinə inandığını göstərir.

“ISW-nin Rusiya qüvvələrinin indiyə qədər yalnız Çasov Yarın şərqindəki Kanal mikrorayonuna çatdığı barədə qiymətləndirməsinə baxmayaraq, Rusiya hərbi komnadanlığının ehtimalına görə, Ukraynada davam edən kritik sursat çatışmazlığı həftələr ərzində Çasov Yarı ələ keçirməyə imkan verəcək. Bununla belə, Rusiya komandanlığı rusların irəliləməsi üçün daim qeyri-real məqsədlər qoyur və rus milibloqu (müharibədə hadisələrini işıqlandılran bloq) Rusiya qüvvələrinin mayın 9-dək Çasov Yarın cənub-şərqindəki Yeni mikrorayona sadəcə daxil olacağına ümid etdiyini bildirib”, - sənəddə deyilir.

Rusiya ordusu strateji əhəmiyyətli şəhərə yaxınlaşıb
Bir müddət əvvəl Ukrayna Milli Qvardiyasının zabiti Vladimir Çernik “Kiyev 24” kanalına müsahibəsində rusların Çasov Yar şəhərin həndəvərinə yaxınlaşdıqlarını açıqlamışdı.
Ametrikalı ekspertlərə görə, ruslar çox güman ki, Ukrayna üçün mühüm əhəmiyyətə malik Baxmut və ya Avdeyevkanın müdafiəsində bacardıqları dərəcədə məhdudlaşdırmadıqları artilleriya və hava hücumundan müdafiə sistemlərinin çatışmazlığından istifadə etmək istəyirlər.

Ona görə də, Rusiya hərbi komandanlığı Çasov Yar üzərində hücum əməliyyatlarını kulminasiya nöqtəsinə qədər davam etdirəcək. Ukraynada artilleriya və hava hücumundan müdafiə vasitələrinin hazırkı çatışmazlığı nəzərə alınsa, ruslar əvvəlki əməliyyatlardan daha sürətli hərəkət edə bilər.

Sahil İsgəndərov

AzVision.az


Teqlər:   Ukrayna   müharibə  





Xəbər lenti