Astana İrəvan və Bakıya platforma təqdim etməyə hazırdır - Tokayev

   Astana İrəvan və Bakıya platforma təqdim etməyə hazırdır -    Tokayev
  15 Aprel 2024    Oxunub:1240
" Astana İrəvan və Bakının sülh müqaviləsi bağlamaq istəyini alqışlayır və xoşməramlılıq missiyasını üzərinə götürərək danışıqlar üçün platforma təqdim etməyə hazırdır".
Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib.
“İrəvanla Bakı arasında sülh Astananın maraqlarına uyğundur”


“Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq, regionda sülh və davamlı sabitlik üçün yollar açmaqdır”, - Tokayev bildirib.

Tokayev Ermənistanı Cənubi Qafqazda etibarlı tərəfdaş adlandırıb. Qazaxıstan lideri Ermənistana ilk rəsmi səfərinin olduğunu və bunun onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Həmçinin oxu:

Yeni marşrutlar Ermənistan və Qazaxıstan arasında ticarətin artmasına kömək edəcək - Tokayev

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti