"Ərim azərbaycanlı hərbçilərin qarşısında qorxudan ağlayırdı" - Erməni qadın

 "Ərim azərbaycanlı hərbçilərin qarşısında qorxudan ağlayırdı"    - Erməni qadın
  15 Aprel 2024    Oxunub:1516
Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə çıxmış erməni Valentina Çatryan "İravaban"a diqqət çəkən müsahibə verib.
Xnatsaxda məskunlaşan qadın şəraitsizlikdən gileylənib. Valentina iddia edib ki, Qarabağda üç ev qoyub gəlsə də, indi yaşadığı mənzildə nə stol, nə də stulu var. Amma Çatryan ayaq üstə yox, oturub müsahibə verib.

"Ordumuzda dedovşina baş alıb gedir" - Dilbəryan
"2023-cü il sentyabrın 19-da anti-terror tədbirləri başlayanda nəvələrim məktəbdə olduğu üçün təşvişə düşdüm. Üzü Ermənistana gələndə yolları və Həkəri körpüsünü keçmək asan olmadı. Yolda bizi yoxlayırdılar. Səhv etmirəmsə, ərimi Vaqif Xaçatryan ya da "Mosi" ilə əlaqəli şəxsə oxşadıblar. Bizi saxlayıb maşından düşürdülər, yoldaşımı xüsusi aparatla yoxladılar və maşını da rentgen kimi aparatla skan etdilər.

Texniki avadanlıqlardan ehtiyat etdikləri üçün özümüzlə götürdüyümüz televizoru maşından yerə atdılar. Bəzi sənədlərimizi də aldılar. Yoldaşım onların dilini başa düşürdü və hərbçilərlə dialoqda idi. Sonra mənə dedi ki, hüquq-mühafizə orqanı əməkdaşları onu tutub Bakıya aparmaqdan danışırlarmış. Ərim onu da söylədi ki, orada artıq çox qorxubmuş. Mən, qaynanam öləndə yoldaşımın gözlərində yaş görməmişdim. Amma bu yoxlama zamanı azərbaycanlı hərbçilərin qarşısında gördüm”.
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti