ABŞ Belarusa qarşı sanksiya siyahısını artırdı
Siyahıya İraqın silah şirkəti "Black Shield" də daxildir. Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, Belarusun "Kidma Tech" şirkətindən silah alıb və yenidən satıb.
Çinin “Shenzhen 5G High-Tech Innovation” şirkəti sanksiyaya məruz qalmış “Peleng” ASC ilə əlaqələrə görə məhdudiyyətlərə məruz qalıb.
Tətbiq edilən sanksiyalara ABŞ-dakı aktivlərin dondurulması, həmçinin Amerika vətəndaşları və şirkətləri ilə biznes fəaliyyətinin qadağan edilməsi daxildir. Məhdudiyyətlərin genişləndirilməsinə səbəb Belarus hökumətinin Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına dəstək verməsi olub.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: