Ermənistanın Səhiyyə Nazirliyində axtarışlar aparılır

Ermənistanın Səhiyyə Nazirliyində axtarışlar aparılır
  16 Aprel 2024    Oxunub:1143
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX), İstintaq Komitəsinin əməkdaşları Səhiyyə Nazirliyi və Yerevan tibb mərkəzlərindən birində axtarışlar aparır.
Bu barədə Sputnik Ermənistan-a İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib.

O həmçinin qeyd edib ki, bu səs-küyə səbəb olan axtarışlarla bağlı daha sonra əlavə məlumatlar veriləcək.

Qeyd edək ki, “Hraparak” qəzeti "səhiyyə ocaqlarından biri" deyilərkən söhbətin "Wigmore" tibb mərkəzindən getdiyini yazıb. Nəşr iddia edir ki, axtarış klinikanın direktoru Zaven Koloyanın kabinetində aparılıb.
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti