Slovakiya Ukraynanın NATO-ya qəbuluna qarşıdır

   Slovakiya Ukraynanın NATO-ya qəbuluna qarşıdır
  16 Aprel 2024    Oxunub:1009
Slovakiya Ukraynanın NATO-ya qəbulunun əleyhinə olacaq.
Bu barədə ölkənin baş naziri Robert Fiko mətbuat konfransında bildirib. “Ukrayna: “Biz NATO-ya üzv olmaq istəyirik” deyə bilər. Bu, onların sərbəst qəbul etdiyi qərar olacaq. Ukraynanın NATO-ya qəbulu ilə bağlı sənədləri parlamentdə ratifikasiya etməyəcəyimizi deyirik, çünki Slovakiyaya neytral Ukrayna lazımdır. Ukrayna NATO-ya üzv olarsa, Slovakiyanın maraqları təhlükə altına düşəcək”, - deyə Fiko bildirib.

Bu arada Slovakiya Ukraynanın Avropa Birliyinə qəbul edilməsi ideyasını dəstəkləyib. Fiko Brüssel və Kiyev arasında danışıqların mümkün qədər tez başlamasının tərəfdarıdır:

“Slovakiya bunda maraqlı olan bütün dövlətlərlə dostluq münasibətlərini inkişaf etdirmək siyasətini həyata keçirəcək. Bu, özü kimi kiçik ölkələrin beynəlxalq aləmdə suveren maraqlarının maksimum dərəcədə reallaşdırılmasını təmin edəcəkdir”.

AzVision.az



Teqlər:





Xəbər lenti