Soyuq və şirin təhlükə - Dondurma alarkən diqqətli olun!
Onun sözlərinə görə, bu qida süd məhsulu olduğu üçün istifadə müddəti məhduddur və tez xarab olanlar siyahısındadır:
“Saxlama qaydasına düzgün əməl edilməzsə, dondurma həzm sistemində pozğunluqlara, mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər. Müvafiq qurumlar tərəfindən monitorinqlər aparılsa da, nöqsanlar hələ də qalır. Açıq məkənlarda, günəş altında satılan dondurmaların təhlükə riski yüksəkdir. Belə şəraitdə saxlanılan dondurmalar adətən əriyir və yenidən dondurulur. Üstəlik, üzərində etiket məlumatları olmadığına görə, təzə olub-olmadığını bilmək olmur.
Bəzən həmin dondurmalarda dadlandırıcı əvəzinə meyvələrdən hazırlanan mürəbbələr, cemlər, souslardan istifadə olunur ki, bunlar daha təhlükəlidir. Açıq şəkildə satılan dondurmanın saxlanma müddəti 2-3 günü keçməməlidir. Bəzən olur ki, insanlar buna diqqət etmir və satcının sözlərinə inanırlar".
Mütəxəssis mənşəyi bəlli olmayan yerlərdən keyfiyyətsiz dondurma almamağı məsləhət görüb:
“Bu gün satışda çox ucuz qiymətə dondurmalar var. Süd, qaymaq, kərə yağından hazırlanan bir məhsul ucuz başa gələ bilməz. Qiyməti ucuzdursa, keyfiyyətindən şübhələnmək lazımdır. Bəzi dondurmalar kimyəvi qatqılar əlavə edilir ki, bu da insan orqanizmində qaraciyərdə və böyrəklərdə toksinlərin yığılmasına, böyrək çatışmazlığına gətirib çıxara bilər”.
M.Hüseynova paketlənmiş dondurmalardan da danışıb:
“Əgər paketlənmiş dondurma alacağıqsa, bu zaman diqqəti istehsalçı şirkətin məlumatlarına( ünvan, əlaqə telefonu), dondurmanın tərkibi ilə bağlı detallara yönəltməliyik.
Dondurmanın tərkibində süd, kərə yağı və qaymağın miqdarı azı 70 faizi olmalıdır. Digər 30 faizini köməkçi maddələr təşkil etməlidir. Əgər paketin üzərində yazılar pozulubsa və yaxud da dondurmanın özünə xas quruluşu pozulubsa, onu almaq tövsiyə olunmur.
Dondurma yeyərkən ağızda xoşagəlməz acı dad hiss olunursa, bu, onun keyfiyyətsiz olduğunun göstəricisidir. Dondurmanı yayda gün ərzində 150-200 qram qəbul edə bilərik. Yeməkdən sonra qəbul olunması tövsiyə olunmur. Yaxşı olar ki, ara yemək kimi qəbul olunsun”.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: