Türk nazirdən Ermənistanla sülh sazişinə münasibət

  Türk nazirdən Ermənistanla sülh sazişinə münasibət
  03 İyun 2024    Oxunub:1554
Qafqazda təhlükəsizlik və sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh sazişi lazımdır. Biz bu istiqamətdə səmimi səyləri dəstəkləyir və mümkün qədər tez müsbət nəticə əldə edilməsini arzulayırıq.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər yerli KİV-ə müsahibəsində bildirib.

"Prezidentimizin vurğuladığı kimi, tarixi sülh fürsəti yaxşı dəyərləndirilməlidir. Paşinyanın açıqlamalarını müsbət hesab edirəm. Düşünürəm ki, o, həm ölkəsi, həm də cəmiyyəti üçün düzgün iş görüb və real yanaşmaya malikdir”, - deyə nazir vurğulayıb.

AzVision.az



Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti