M10 “Best New E-Wallet Payment Platform – m10 – Azerbaijan 2024” seçilib

M10 “Best New E-Wallet Payment Platform – m10 – Azerbaijan 2024” seçilib
  04 İyun 2024    Oxunub:574
Böyük Britaniyanın “Global Business Outlook” jurnalı “PashaPay” şirkətinin məhsulu olan m10 elektron pulqabını “Best New E-Wallet Payment Platform – m10 – Azerbaijan 2024” seçib.
Global Business Outlook mühüm sənaye sektorlarını əhatə edən Böyük Britaniya nəşridir. Nəşrin məqsədi iş dünyasındakı ən mühüm hadisələr və inkişaflar haqqında aparıcı məlumat təminatçısı olmaqdır.

Jurnal qlobal bankçılıq, sığorta, brokerlik, fondlar, brendlər, enerji, hotel, daşınmaz əmlak, eləcə də inkişaf etməkdə olan texnologiyalar barədə əhatəli, dərin məlumatlar təqdim edir. Jurnal əsas bazar tendensiyalarını və dünyanın hər yerindən uğurlu biznes strategiyalarını izləyir.
AzVision.az



Teqlər:





Xəbər lenti