DSX-nin mayoru ilə vida mərasimi keçirilir - Fotolar

   DSX-nin mayoru ilə vida mərasimi keçirilir -    Fotolar
  10 İyun 2024    Oxunub:760
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak olan mayoru Baxış Elşən oğlu Baxışlı ilə Tərtərdə vida mərasimi keçirilir.
APA xəbər verir ki, şəhid hərbçinin nəşi Tərtər rayonunun İsmayılbəyli kəndinə ailəsinin yaşadığı evə gətirilib. Burada hərbçi ilə vida mərasimi keçirilir.

Qeyd edək ki, iyunun 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak olublar.

Faktla bağlı araşdırma aparılır.







AzVision.az


Teqlər:





Xəbər lenti