Yaponiya “ASAN xidmət” təcrübəsinin öyrənilməsində maraqlıdır
Görüş zamanı Dövlət Agentliyinin “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq etdiyi vurğulanıb.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri (BMT) Mükafatına, 2019-cu ildə isə BMT-nin innovativ həllərin tətbiqi vasitəsilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi bildirilib.
Tərəflər Dövlət Agentliyi ilə Yaponiyanın müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib.
Səfir “ASAN xidmət”də dövlət xidmətlərinin göstərilməsi sahəsində vətəndaşlar üçün yaradılmış şəraiti təqdirəlayiq hesab edərək ölkəmizin müvafiq təcrübəsinin Yaponiyada öyrənilməsində maraqlı olduğunu bildirib.
Həmçinin qonaq "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD” və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olub.
AzVision.az
Teqlər: