Türkiyə-Azərbaycan Universitetinin rektoru azərbaycanlı olacaq

   Türkiyə-Azərbaycan Universitetinin rektoru azərbaycanlı olacaq
  14 İyun 2024    Oxunub:867
Türkiyə-Azərbaycan Universitetinin rektoru Azərbaycan tərəfdən olacaq.
Bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, universitetin tədris binası şəhərin mərkəzində olan binalardan biri olacaq. O qeyd edib ki, prosedurlar rəsmiləşdikdən sonra ictimaiyyətə elan ediləcək.

Xatırladaq ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması ilə bağlı 2024-cü il fevralın 19-da Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar imzalayıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti