Suraxanıda yanğın, sakinlər təxliyə olundu

Suraxanıda yanğın,    sakinlər təxliyə olundu
  16 İyun 2024    Oxunub:692
Bakıda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə olunub.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Suraxanı rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti