Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır

Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır
  19 İyun 2024    Oxunub:640
Bakının bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az -a verilən məlumata görə, Səbail rayonunda yerləşən Parlament prospekti, Mehdi Hüseyn və Teymur Elçin küçələrində aparılan təmir işləri ilə əlaqədar bu gün saat 20:00-dan sabah saat 23:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

AzVision.az


Teqlər: yol   məhdudiyyət   xəbərdarlıq  





Xəbər lenti