Taxıl sahələrinin 30 %-də biçin başa çatıb

Taxıl sahələrinin 30 %-də biçin başa çatıb
  20 İyun 2024    Oxunub:628
Azərbaycanda payızlıq taxıl əkini sahələrinin 30 %-də biçin başa çatıb.
AzVision.az bu barədə Kənd Təsərrüfatı Nazirliyində taxıl biçinin təşkili ilə bağlı yaradılmış operativ qərargaha istinadən xəbər verir.

Məlumata görə, bu günə qədər 303 549 hektar sahədə biçin aparılıb, sahələrdən ümumilikdə 920 344 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,3 sentner təşkil edir.

Ölkə üzrə arpa əkini sahələrinin 58,7 %-də, buğda sahələrinin 9,2 %-də biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,6 sentner, buğda üzrə orta məhsuldarlıq isə 33,7 sentner təşkil edir.

İyunun 20-də biçin prosesinə 1572 kombayn cəlb olunub, bunlardan 626-sı “Aqroservis” ASC-nin, 946 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. Ümumilikdə bu mövsüm kütləvi biçin prosesində 1803 kombaynın iştirak edəcəyi gözlənilir.

AzVision.az



Teqlər:





Xəbər lenti