Polisə zor tətbiq edilməsi ilə bağlı iş məhkəməyə göndərilib

Polisə zor tətbiq edilməsi ilə bağlı iş məhkəməyə göndərilib
  20 İyun 2024    Oxunub:650
Ötən il noyabrın 30-da Sabirabad rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına zor tətbiq etməklə müqavimət göstərərək xuliqanlıq hərəkətləri edilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Sabirabad rayon prokurorluğundan AzVision.az -a verilən məlumata görə, istintaqla rayonun Moranlı kənd sakinləri Rizvan və Ruslan Mansurovların qeyd olunan tarixdə sonuncuya məxsus çayxanada qumar oyunlarının təşkil edilməsini aşkar etmiş xidməti vəzifələrini yerinə yetirən Sabirabad rayon polis şöbəsinin əməkdaşlarına zor tətbiq etməklə müqavimət göstərmələrinə, daha sonra bir qrup şəxs halında xuliqanlıq hərəkətləri etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rizvan və Ruslan Mansurovlara Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

AzVision.az



Teqlər:





Xəbər lenti