Parlamentin buraxılması barədə müraciət Milli Məclisə daxil olub

   Parlamentin buraxılması barədə müraciət Milli Məclisə daxil olub
  21 İyun 2024    Oxunub:1082
Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstəriblər.
Bununla bağlı müraciət parlamentə daxil olub. Prosedura uyğun olaraq, məsələ parlamentin plenar iclasının gündəliyinə daxil ediləcək.

Qeyd edək ki, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclasında YAP-ı Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti