Mina qurbanlarının ümumi sayı 369 nəfərə yüksəlib

   Mina qurbanlarının ümumi sayı 369 nəfərə yüksəlib
  21 İyun 2024    Oxunub:943
Mina təhlükəsi ilə mübarizə aparmaq üçün beynəlxalq səyləri səfərbər etmək vacibdir.
Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşımda qeyd olunub. "Ermənistanın mina təhlükəsi azərbaycanlıların həyatına son qoymağa davam edir! Dünən və bu gün ANAMA-nın bir əməkdaşı Ermənistan tərəfindən yerləşdirilən minaların partlaması nəticəsində həlak olub, bir neçəsi isə ağır yaralanıb.

Nəticədə 2020-ci il müharibəsindən bəri mina qurbanlarının ümumi sayı 369 nəfərə yüksəlib.
Bu ölümcül təhlükə ilə mübarizə aparmaq üçün beynəlxalq səyləri səfərbər etmək insan həyatının qorunması naminə həmişəkindən daha vacibdir", - paylaşımda vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti