Respublikada bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb
İ.Vəliyev qeyd edilən müddət ərzində qeyri-özəl neft bölməsi üzrə bölgələrdə 10,3 faiz artım qeydə alındığını bildirib. Rəis müavini həmçinin qeyd edib ki, ötən müşavirədən bu günə kimi respublikada bir işçiyə düşən orta aylıq əməkhaqqı 5,2 faiz artıb. O, bölgələrdə bu göstəricinin daha aşağı olduğunu diqqətə çatdırıb.
İ.Vəliyev rayonlarda xidmət və ticarət sektorunda fəaliyyət göstərən vergi ödəyicilərini işçilərin fəaliyyətini leqallaşdırmaqla bağlı mütəmadi maarifləndirməyin vacibliyinə də toxunub.
AzVision.az
Teqlər: