FHN daha bir oteldə təlim keçirdi - Fotolar+Video
Təlim nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.
Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları tərəfindən otelin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, həmçinin tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.
Təlimin praktiki hissəsində “Həyəcan” siqnalı verildikdən sonra baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Qəbələ rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi”, Şimal-qərb Regonal Mərkəzinin xilasediciləri tərfindən isə oteldə “köməksiz vəziyyətdə qalmış insanların xilas edilməsi” əməliyyatları yerinə yetirilib.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
AzVision.az
Teqlər: