İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
"Dağıstanda törədilmiş terror aktları nəticəsində dinc vətəndaşların və hüquq-mühafizə orqanlarının əməkdaşlarının həlak olması xəbəri məni dərindən sarsıtdı.
Bu qanlı cinayətləri qətiyyətlə pisləyir, terrorizmin bütün forma və təzahürləri ilə mübarizəni dəstəkləyirik.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, bütün zərərçəkənlərin tezliklə şəfa tapmasını arzulayıram".
Qeyd edək ki, iyunun 23-də Dağıstanda terror aktları törədilib. Hadisələr zamanı 15-dən çox polis əməkdaşı həlak olub. Terrorçular zərərsizləşdiriliblər.
AzVision.az
Teqlər: