Bələdiyyələr qəbul etdikləri qərarları elektron portala yerləşdirəcəklər
Layihəyə əsasən, bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın elektron portalında yerləşdirməlidirlər.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.
AzVision.az
Teqlər: