Qarabağa iyul ayı üçün avtobus biletləri satışa çıxarılır

Qarabağa iyul ayı üçün avtobus biletləri satışa çıxarılır
  25 İyun 2024    Oxunub:793
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyul ayı üçün biletlər 27 iyun saat 11:00-da satışa çıxarılacaq.
AzVision.az xəbər verir ki, sərnişinlər marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn ala bilərlər.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 753 reys həyata keçirilib, 30 624 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

AzVision.az


Teqlər: AYNA   Qarabağ   bilet  





Xəbər lenti