Təlim çərçivəsində həmçinin ölkənin aparıcı media qurumlarının rəhbərliyində təmsil olunan şəxslərin, baş redaktor və redaktorların və BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə dəyirmi masa təşkil olunub.
Tədbirdə iştirak edən BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Fərid Babayev medianın gender bərabərliyinin təşviqində müstəsna rolu olduğunu vurğulayıb: “Gender bərabərliyi cəmiyyətimizin davamlı inkişafı və rifahı üçün vacib bir amildir və bu mövzuda medianın rolu əvəzedilməzdir. Medianın fəaliyyəti yalnız informasiyanı çatdırmaqla məhdudlaşmır, o, həm də cəmiyyətin fikrini formalaşdırır, davranışlarına təsir edir və sosial dəyişikliklərə yol açır. Bu baxımdan, medianın gender məsələlərində daha həssas və məlumatlı olması olduqca əhəmiyyətlidir”.
Təlim çərçivəsində iştirakçılar medianın gender həssaslığının artırılmasının zəruriliyi və gender stereotipləri ilə mübarizədə medianın rolu barədə fikir mübadiləsi aparıb.
Təlim Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun və BMT-nin Qadınlar Agentliyinin birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində təşkil edilib.
AzVision.az