Peycerlər kimi telefon və komputerlər partladıla bilərmi?

   Peycerlər kimi telefon və komputerlər partladıla bilərmi?
  20 Sentyabr 2024    Oxunub:1122
Xəbər verdiyimiz kimi, İsrail kəşfiyyatının Livanda fəaliyyət göstərən "Hizbullah" terror təşkilatına aid peycərlərə yerləşdiyi partlayıcılar azı 10 nəfərin ölümü, 4 mindən çoxunun yaralanmasına səbəb oldu.
Bəs bu tip hücumlar hansı yollarla həyata keçirilir? Hakerlər peycərlər kimi telefon və komputerlərimizə sızıb kütləvi şəkildə təxribat törədə bilərlərmi?

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov AzVision.az -a bildirib ki, Livanda baş verən peycər partlayışları texnoloji sabotaj və ya hədəfli bir kiberhücum kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, cihazların eyni vaxtda partladılması, xarici müdaxilə ilə əlaqəlidir:

"Bu, peycərlərin zəif şifrələməsi və ya idarəetmə sistemlərindəki boşluqlardan istifadə olunaraq həyata keçirilib.

Bu cür hücumlar adətən iki əsas yolla həyata keçirilə bilər:
1.Cihazların istehsal və ya çatdırılma mərhələsində zərərli proqram və ya partlayıcı maddələrin yerləşdirilməsi ilə;

2.Cihazların şəbəkə vasitəsilə uzaqdan idarə olunması və sinxron şəkildə partladılması ilə mümkündür.

Hər iki halda da, yüksək səviyyəli texniki bilik və koordinasiya tələb olunur. Görünür ki, Livanda daha öncədən peycərlərin piyarı aparılıb. Həmin məhsullar orada daha çox satılıb və bu, bir hazırlıq prosesi olub. Bu prosesin fonunda da artıq nə vaxt düyməyə basılacağını müəyyən ediblər".

Livandakı partlayışda İran səfiri də yaralanıb
E.Abbasov qeyd edib ki, rabitə cihazları, xüsusən də qapalı sistemlərdə işləyən texnologiyalar, hər zaman yüksək səviyyədə qorunmalıdır.

"Təhlükəsizlik tədbirləri yetərli səviyyədə olmasa, bu cür hücumlar daha geniş miqyasda həyata keçirilə və ciddi nəticələrə səbəb ola bilər. Xüsusilə dövlət qurumları və təşkilatlar, belə cihazların şifrələmə səviyyəsini və təhlükəsizlik protokollarını gücləndirməlidir ki, bu cür kütləvi hücumların qarşısı alınsın.

Gündəlik istifadəçilərə əsas tövsiyəm, cihazlarının təhlükəsizlik tədbirlərinə riayət etmələridir. Etibarlı mənbələrdən proqramlar yükləmək, şübhəli linkləri daxil olmamaq və cihazın təhlükəsizlik yeniləmələrini vaxtında etmək vacibdir. Bu tədbirlər, cihazların kiberhücumlara qarşı daha dayanıqlı olmasını təmin edəcək".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Livan   peycər  





Xəbər lenti