Ukraynanın Kurskdakı itkiləri 16 minə çatdı

Ukraynanın Kurskdakı itkiləri    16 minə    çatdı
  20 Sentyabr 2024    Oxunub:1141
Ukrayna Silahlı Qüvvələri son sutkada Kursk istiqamətində 400-ə yaxın hərbi qulluqçu və xeyli zirehli texnika itirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti özünün Telegram kanalında məlumat yayıb.

“Gün ərzində Ukrayna Silahlı Qüvvələrinin 370-dən çox hərbi qulluqçusu və 18 zirehli texnika, o cümlədən 2 tank, 4 piyada və 12 zirehli döyüş maşını məhv edilib”, - məlumatda qeyd edilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gün ərzində gedən döyüşlər zamanı digər uğurlarla yanaşı, altı artilleriya qurğusu, bir minaatan, həmçinin bir elektron döyüş stansiyası, bir mühəndis minatəmizləmə maşını və yeddi müxtəlif texnika da sıradan çıxarılıb: "Ümumilikdə, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri 15300-dən çox hərbi qulluqçusunu itirib. Bundan əlavə, Rusiya ordusu 124 tankı, həmçinin 56 piyada döyüş maşınını məhv edib".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti