Qazaxıstanda məhbuslar koloniyada iğtişaş törədiblər

Qazaxıstanda məhbuslar koloniyada iğtişaş törədiblər
  21 Sentyabr 2024    Oxunub:338
Qazaxıstanın Türküstan vilayətindəki koloniyalardan birində məhbuslar iğtişaş törədib. Hadisə nəticəsində müəssisənin 3 əməkdaşı xəsarət alıb.
AzVision.az xəbər verir ki, bu barədə cəza sistemi komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məhkumlardan bəziləri saxlanma rejimi ilə razılaşmadıqları üçün tabesizlik nümayiş etdiriblər. İğtişaşda 400-ə yaxın məhbus iştirak edib. Onlar elektrik transformatorunu yandırıblar.

Son məlumata görə, vəziyyət sabitləşib. Faktla bağlı cinayət işi başlanıb. Ümumilikdə koloniyada 700-dən çox adam cəza çəkir.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti