Fuad Nağıyev: "Xınalıqda hər bir evi bərpa edəcəyik"

 Fuad Nağıyev: "Xınalıqda hər bir evi bərpa edəcəyik"
  09 Oktyabr 2024    Oxunub:1058
“Xınalıq kəndi və Köç yolu” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Məqsədimiz Xınalıq kəndində görülən işləri media vasitəsilə təqdim etməkdir.
Bunu Xınalıq kəndinə mediatur zamanı AzVision.az -a müsahibəsində Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

“Xınalıq kəndi Azərbaycanın ən qədim ərazilərindən biridir. Biz burada məskunlaşan sakinlərlə daim təmasdayıq və onlara dəstək göstəririk. İndiyə kimi 60 evin layihəsi həyata keçirilib, 41 ev isə tam bərpa olunub. Xınalıq kəndində 130-dan çox ev var. Çalışırıq ki,bu evlərdən hər birini bərpa edək. Əlbəttə ki, evlərin memarlıq üslubu qorunub saxlanılır" , - deyə o əlavə edib.

Fuad Nağıyevin sözlərinə görə işçi qüvvəsi kimi yerli əhaliyə üstlünlük verilir. Eyni zamanda, burada turistlər üçün də şərait yaradılır. Ticarət obyektlərinin tikintisi nəzərdə tutulur.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti