Bakıda müğənni bıçaqlandı

   Bakıda müğənni bıçaqlandı
  09 Oktyabr 2024    Oxunub:322
Bakıda bıçaqlanma hadisəsi baş verib.
AzVision.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu 1-ci mədən yaşayış massivi ərazisində 1985-ci il təvəllüdlü Vüqar Namazov bıçaqlanıb. Bıçaq xəsarəti alan zərərçəkmiş Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat edilib. Onun həyatını xilas etmək mümkün olub.

Bildirilir ki, özü də müğənni kimi fəaliyyət göstərən Vüqar Namazov ifaçı Ülviyyə Namazovanın qardaşıdır. Onlar adətən duetlər ifa edirlər.



V.Namazovu bıçaqlamaqda şübhəli bilinən şəxs isə onun qonşusudur. İlkin məlumata əsasən, hadisə tərəflər arasında baş vermiş münaqişə zəminində qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti