Todd: “NATO dağılacaq, Avropa isə azad olacaq”

   Todd:    “NATO dağılacaq, Avropa isə azad olacaq”
  09 Oktyabr 2024    Oxunub:799
ABŞ-nin Ukrayna münaqişəsində məğlubiyyəti NATO-nun dağılmasına və Avropanın Amerikanın tabeliyindən azad edilməsinə səbəb olacaq.
AzVision.az xəbər verir ki, fransalı tarixçi Emmanuel Todd İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində belə deyib.

“Bu münaqişənin nəticəsi Avropanın taleyini həll edəcək. ABŞ məğlubiyyətə uğrasa, NATO dağılacaq və Avropa azad olacaq. İkinci mərhələdə ABŞ-nin məğlubiyyət mərhələsi, Amerikanın Avropa üzərində nəzarəti toza döndəriləcək. Almaniya və Rusiya yenidən yaxınlaşacaq”, - fransalı tarixçi vurğulayıb.

Emmanuel Toddun fikrincə, Ukraynadakı münaqişədən və “Şimal axını”nın partladılmasından yararlanan Vaşinqton Almaniyanı Rusiyadan uzaqlaşmağa məcbur etdi.

Xatırladaq ki, Rusiyadan Avropaya qaz ixrac edən iki “Şimal axını” və “Şimal axını 2” kəmərlərində partlayışlar 26 sentyabr 2022-ci ildə törədilib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etməyiblər. Rusiyanın Baş Prokurorluğu kəmərlərin partladılmasından sonra beynəlxalq terror aktı ittihamı ilə iş açıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Avropa   azadlıq  





Xəbər lenti