İran XİN: "Bütün mövcud vasitələrlə cavab verəcəyik"

   İran XİN:    "Bütün mövcud vasitələrlə cavab verəcəyik"
  28 Oktyabr 2024    Oxunub:832
"İsrailə qəti və effektiv cavab vermək hüququmuzu özümüzdə saxlayırıq".
Bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi həftəlik brifinq zamanı dilə gətirib. O, İsrailin bu ölkədəki hərbi obyektləri bombalamasının ardınca ona qarşı cavab əməliyyatını vurğulayıb, lakin mümkün təfərrüatı açıqlamayıb.

Digər tərəfdən, regiondakı ölkəri "İsrailin cinayətkar əməllərinə" qarşı mövqe tutmağa çağırıb:

"İnanırıq ki, diplomatiya hələ də regionda müharibənin yayılmasının qarşısını almaq üçün həll yoludur", - o deyib.

Xatırladaq ki, İsrail Silahlı Qüvvələri şənbə oktyabrın 26-da İranın cari ayın əvvəlində baş vermiş genişmiqyaslı raket hücumuna cavabən bu ölkədəki hərbi obyektlərə aviazərbələr endirib.
SEPAH komandiri: "Qisas alacağıq"

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Salami də İsrailə mümkün cavab hücumunun həyata keçiriləcəyini diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   İsrail   münaqişə  





Xəbər lenti