Dünya İqtisadi Forumu: 92 milyon insan peşəsi üzrə işsiz qalacaq
Hesabatda qeyd olunur ki, 2030-cu ilədək bəzi peşə sahibləri əmək bazarında iş tapmaqda çətinliklə üzləşəcəklər. Bildirilir ki, kassir və bilet satıcıları, inzibati işlər üzrə köməkçilər, evlərdə təmizlik işçiləri, çap işləri ilə əlaqəli işçilər, mühasibat və əməkhaqqı üzrə kargüzarlar, auditorlar, yük daşıyıcıları və konduktorlar, mühafizəçilər, bəzi bank işçiləri, data məlumat daxilediciləri, müştəri məlumatları üzrə işçilər, qrafik dizaynerlər, biznes servis və administratorlarının iş tapmaqda digər peşələrlə müqayisədə bəxtləri gətirməyəcək. Hesabata görə, qarşıdakı illərdə avtomobil, kiçik həcmli yük maşını və motosiklet sürücülərinə, kənd təsərrüfatı işçilərinə, çatdırılma xidmətləri göstərən sürücülərə, proqram və applikasiya təminatı işçilərinə, inşaat üçün konstruksiyaların quranlara, mağaza satıcılarına, qida emalçılarına, peşəkar tibb bacılarına, qida və ərzaq xidməti göstərənlərə, sosial xidmət işçilərinə, layihə menecerlerinə, orta və ali təhsil müəssisələrinin müəllimlərinə, fərdi qulluq işçilərinə ehtiyacın artacağı proqnozlaşdırılır.
Bəzi peşələr sürətlə inkişaf edir. Texnoloji inkişaf, xüsusən də süni intellekt ilə əlaqəli işlərə tələb sürətlə artır. Beləliklə, süni intellekt, böyük verilənlərlə (big data) iş, texnologiya mühəndisliyi 2030-cu ilədək ən çox tələb olunan peşələrdən olacaq.
Karbon emissiyalarının azaldılması və iqlim böhranına uyğunlaşma səylərini əhatə edən yaşıl keçid meyilləri kənd təsərrüfatı sahəsində artımı sürətləndirəcək və 2030-cu ilə qədər 34 milyon əlavə iş yeri yaradacaq. Rəqəmsal əlçatanlığın genişlənməsi və yaşayış xərclərinin artması da bu sahə ilə əlaqəli peşələrin inkişafına töhfə verir.
Qida emalı sahəsində də işçilərə tələbatın artacağı gözlənilir. Bununla yanaşı, tibb bacıları, sosial işçilər və psixoloji məsləhətçilər kimi qayğı sektoru ilə bağlı işlərin də növbəti beş il ərzində əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Hesabat bunu əsasən demoqrafik tendensiyalar, xüsusən də işçi qüvvəsinin yaşlanması ilə izah edir.
İş bazarında tələb olunan əsas bacarıqların 39%-nin 2030-cu ilə qədər dəyişəcəyi gözlənilir. Ümumiyyətlə, qarşıdakı illərdə iş seçimində peşəkarlıqla yanaşı, yaradıcı və analitik düşünmə, çeviklik, bilik və bacarıqları artırmağa həvəs, təşəbbüskarlıq kimi xüsusiyyətlər əsas götürüləcək.
AzVision.az
Teqlər: