NASA: Asteroidin Yerlə toqquşma ehtimalı 1,5%-ə enib

    NASA:    Asteroidin Yerlə toqquşma ehtimalı 1,5%-ə enib
  21 Fevral 2025    Oxunub:492
Bütöv bir şəhəri məhv edə bilən 2024 YR4 asteroidinin səkkiz ildən sonra Yerlə toqquşması ehtimalı iki dəfə azalaraq 1,5%-ə düşüb.
Bu barədə NASA məlumat yayıb.

NASA: Asteroidin Yerlə toqquşması ehtimalı 3,1% artdı
2024 YR4 asteroidi 2024-cü ilin dekabrında kəşf edilib. Onun diametri 40-90 metr qiymətləndirilir. Bu, qlobal təhlükə yarada biləcək ölçü deyil. Amma asteroid yerə düşsə, bütöv bir şəhəri məhv edə bilər.

Xatırladaq ki, bir neçə gün öncə NASA-ya məxsus Yer planetinə yaxın obyektlərin tədqiqi mərkəzi bu mövzuda fərqli məlumat yaymışdı. Qeyd edilirdi ki, 2024 YR4 asteroidinin Yerlə toqquşma ehtimalı 3,1%-ə yüksəlib.

Astronomlar YR4-ün Yerlə toqquşma ehtimalının azalacağını gözləyirdi. Elm adamları bu göy cisminin 22 dekabr 2032-ci ilə qədər planetimizə təsir ehtimalının sonda sıfıra düşəcəyinə inanırlar.

Xatıırladaq ki, fevral ayında 2024 Yr4 adlı bir futbol meydançası ölçüsündə olan asteroidin 22 dekabr 2032-ci ildə Yerə çırpılacağı məlum olub. Elm adamları həyəcan təbili çalmasalar da, kosmik cismin traektoriyasını yaxından izləyirlər.

Sonuncu dəfə belə böyük asteroid 2004-cü ildə ciddi risk yaratmışdı. O zaman "Apofis" adlı cismin 2029-cu ildə yenidən Yerlə toqquşma ehtimalı 2,7% qiymətləndirilirdi. Lakin sonrakı müşahidələr bu ehtimalı xeyli azaltdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Asteroid   NASA  





Xəbər lenti