Apple iPhone istehsalını Çindən Hindistana köçürür

"Hazırda Hindistan 22 milyard dollar dəyərində olan cihazların 20%-ni istehsal edir (zavod qiymətləri ilə, pərakəndə satış qiymətləri ilə deyil). Bütün iPhone modelləri bu ölkədə yığılır", - agentlik bildirir.
Həmçinin qeyd edilir ki, "Apple"ın Hindistandakı əsas tərəfdaşları Foxconn Technology Group və Tata Group, eləcə də onların törəmə şirkətləri Pegatron Corp və Wistron Corp olub.
Eyni zamanda, brendin Hindistan smartfon bazarında payı hazırda təxminən 8%-dir.
Röya Əliyeva
AzVision.az
Teqlər: