Ceyhun Bayramov Antalyada bir sıra görüşlər keçirdi

Ceyhun Bayramov Antalyada bir sıra görüşlər keçirdi
  12 Aprel 2025    Oxunub:457
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Venesuela Bolivar respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto ilə görüşüb.
Antalya Diplomatik Forumu çərçivəsində baş tutan görüş barədə Ceyhun Bayramov özünün "X" sosial media hesabında paylaşım edib. Bildirilib ki, görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyi nəzərdən keçirilib, həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin vəziyyəti müzakirə edilib.

Eləcə də Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində beynəlxalq əməkdaşlığa dair fikir mübadiləsi aparılıb və burada Venesuelanın Azərbaycanın təşəbbüslərinə davamlı dəstəyi təqdirlə qarşılanıb.



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumunda maldivli həmkarlı Abdulla Xəlillə görüşüb. Görüşdə iqtisadiyyat, ticarət, energetika, humanitar sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.

Həmçinin regional və beynəlxalq təşkilatlar, o cümlədən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəylik qeyd olunub.



Ceyhun Bayramov həmçinin Burkina Faso xarici işlər və regional əməkdaşlıq naziri Karamoko Janls Antalya Diplomatik Forumunda görüşüb. Görüşdə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın genişləndirilməsi potensialı, qarşılıqlı səfərlərin əhəmiyyəti, BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanıb.



AzVision.az





Teqlər:





Xəbər lenti