Beş boksçumuz 1/4 finala yüksəlib

Beş boksçumuz 1/4 finala yüksəlib
  12 Aprel 2025    Oxunub:613
Azərbaycanın beş kişi boksçusu Bakıda keçirilən Böyük İpək Yolu beynəlxalq turnirində 1/4 final mərhələsinə yüksəlib.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Boks Mərkəzində təşkil edilən yarışın ilk günündə 1/8 finalın 24 döyüşü baş tutub.

Bu gün qadın boksçular da mübarizəyə qoşulacaqlar. Qarşılaşmalar saat 14:00-da başlayacaq.

9 ölkənin millisinin qatıldığı turnirin qaliblərinin adları aprelin 15-də müəyyənləşəcək.

AzVision.az


Teqlər: idman   boks   turnir   final  





Xəbər lenti