"Audi" və "Porsche" şirkətləri ABŞ-də 60 mindən çox avtomobili geri çağıracaq

Məlumata əsasən, "Audi" 44 400-ə yaxın avtomobili cihazlar panelinin displeyinin nasazlığına səbəb ola biləcək problemlərə görə geri çağırır. Bu, 2021-ci il A6, A6 All Road, A7, A8, Q7, Q8, RS 6 Avant, RS 7, RS Q8, S6, S7, S8, SQ7 və SQ8 modellərinə aiddir.
Həmçinin, 2024-2025-ci illərdə istehsal edilən 8570 "Porsche Macan" elektrik avtomobili arxa görüntü kamerasındakı problemə görə geri çağırılır.
Bundan əlavə, 9700-dən çox 2022-2023 Porsche Taycan avtomobili də geri çağırılır. Onların sistemindəki xəta ön sərnişin təhlükəsizlik yastığını sıradan çıxara bilər.
AzVision.az
Teqlər: