Gürcüstan XİN: Rusiya ilə diplomatik münasibətlərin bərpası mümkün deyil

      Gürcüstan XİN:    Rusiya ilə diplomatik münasibətlərin bərpası mümkün deyil
  14 Aprel 2025    Oxunub:933
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin iki ölkə arasında diplomatik münasibətlərin bərpası ilə bağlı bəyanatına cavab verib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, nazir işğal başa çatmadıqca Rusiya ilə diplomatik münasibətlərin bərpasının mümkün olmayacağını vurğulayıb.

“Məsələ sadədir: Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş iki regionu var və təbii ki, işğal şəraitində diplomatik münasibətlərin bərpasından danışmaq mümkün deyil", - Boçorişvili deyib.

Qeyd edək ki, Mixail Qaluzin rəsmi Moskvanın Tbilisi ilə diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu və burada Rusiya tərəfi üçün heç bir məhdudiyyət olmadığını bildirib.

Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlər 2008-ci il Avqust müharibəsindən sonra kəsilib. Tərəflər arasında təmaslar yalnız Cenevrə Beynəlxalq Müzakirələri formatında aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti