Zelenski Rusiya ilə danışıqların əleyhinədir

   Zelenski Rusiya ilə danışıqların əleyhinədir
  14 Aprel 2025    Oxunub:1021
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqların mümkünlüyünə inanmadığını və Kiyevin Moskvaya “etibar edə bilməyəcəyini” vurğulayıb.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Amerikanın “CBS” telekanalına müsahibəsində belə deyib.

“Biz Rusiyaya və Rusiya ilə danışıqlara etibar edə bilmərik”, - Zelenski münaqişənin mümkün diplomatik həlli ilə bağlı müzakirələri şərh edərkən söyləyib.

ABŞ-nin müharibədə neytral mövqe tutmaq istəyini tənqid edən Ukrayna prezidentinin fikrincə, Donald Tramp administrasiyası dövründə Vaşinqtonda Moskvanın müvqeyinin üstünlük qazandığına diqqət çəkib.

Zelenski: "ABŞ vitse-prezidenti Putinin hərəkətlərinə haqq qazandırır”
Volodimir Zelenskinin iddiasına görə, Rusiya Ukraynada dayanmayacaq və III Dünya Müharibəsini təhrik edərək NATO ərazilərini ələ keçirməyə cəhd göstərə bilər.

- Əgər biz qətiyyət nümayiş etdirməsək, Vladimir Putin irəli gedəcək. Bu, sadəcə olaraq boş spekulyasiya deyil, təhlükə realdır. Putinin son məqsədi Rusiya İmperiyasını dirçəltmək və hazırda NATO-nun himayəsində olan əraziləri geri almaqdır. Bütün bunları nəzərə alaraq, mən hesab edirəm ki, vəziyyət dünya müharibəsinə çevrilə bilər. Bu halda dünyada heç kim üçün təhlükəsiz yer olmayacaq”, - Ukrayna prezidenti vurğulayıb.

O, Rusiyanı cilovlamaq üçün Ukraynanın yüksək qiymət ödədiyini xatırladaraq, bundan yüksək qiymət olmadığını deyib. Ukrayna bu yolda bütün pulunu, maddi cəhətdən əlində olan hər şeyi verdi. Amma ən əsası odur ki, ukraynalıların həyatı qurban verilib.

Qeyd edək ki, Volodimir Zelenski həmçinin amerikalı həmkarı Donald Trampı Ukraynaya da dəvət edib. Çünki Tramp məhz Kiyevə səfərindən sonra Rusiyanın Ukraynada nələr törətdiyini başa düşəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Zelenski   Rusiya   əleyhinə  





Xəbər lenti