ABŞ-İran danışıqlarının növbəti turunun yeri açıqlanıb

   ABŞ-İran danışıqlarının növbəti turunun yeri açıqlanıb
  14 Aprel 2025    Oxunub:936
Rəsmi Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə əlaqədar danışıqların ikinci mərhələsinin İtaliyanın paytaxtı Roma şəhərində baş tutacağı gözlənilir.
"Axios" xəbər saytının iki mənbəyə istinadən yaydığı məlumata görə, nümayəndə heyətlərinin görüşü şənbə gününə qərarlaşdırılıb.

Bildirilir ki, ABŞ tərəfinin danışıqlarda rəhbəri, Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkof xəbəri təsdiqləyib. O, eyni zamanda, Roma görüşü barədə İsrailin strateji işlər naziri Ron Dermeri də məlumatlandırıb.

Xatırladaq ki, danışıqların ilk mərhələsi ötən həftə Omanda baş tutub. Bu, ABŞ və İran son 8 il ərzində keçirilən ən mühüm görüş kimi qiymətləndirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   İran   nüvə-danışıqları  





Xəbər lenti