ABŞ Yəməni növbəti dəfə bombalayıb

   ABŞ Yəməni növbəti dəfə bombalayıb
  14 Aprel 2025    Oxunub:903
ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşmasının mövqelərinə gecə saatlarında yenidən aviazərbələr endirib.
Qruplaşmanın nəzarətindəki "Al-Masirah" telekanalının yaydığı məlumata əsasən, paytaxt Səna şəhərinə tuşlanan zərbələr nəticəsində 6 nəfər həyatını itirib, 30-dan artıq insan xəsarət alıb.

ABŞ Ordusunun Mərkəzi Komandanlığı iddianı təsdiqləməyib.
Husilər ABŞ PUA-sını vurublar

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın martın 15-də verdiyi gözlənilməz əmrə əsasən, ABŞ Hərbi Hava Qüvvələri Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşmasının mövqelərinə aviazərbələr endirməyə başlayıb. Öz növbəsində, husilər də ciddi əks-hücuma keçiblər. Onlar "Qəzza zolağında mühasirə başa çatmayınca bu ölkə ilə əlaqəli gəmiləri Qırmızı dəniz və ətraf sularda hədəfə alacaqlarını" diqqətə çatdırıblar. Ümumilikdə, ABŞ qırıcıların Yəmənə aviazərbələri nəticəsində indiyədək 79 nəfər ölüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   husilər   münaqişə  





Xəbər lenti