Tramp Kiyevdən Rusiyanın qaz kəmərini istəyir

   Tramp Kiyevdən Rusiyanın qaz kəmərini istəyir
  12 Aprel 2025    Oxunub:462
Donald Tramp administrasiyası Ukraynadan onun ərazisindən keçərək Avropaya Rusiya qazını çatdıran “Qazprom” şirkətinin qaz kəmərinə nəzarəti ABŞ-yə verməsini tələb edir.
AzVision.az xəbər verir ki, “Reuters” agentliyi belə məlumat yayıb.

“Donald Tramp administrasiyası tərəfindən təqdim edilən yeni, daha geniş saziş layihəsi gərginliyi artırıb. Sənəd ABŞ-yə Ukrayna depozitlərinə imtiyazlı giriş imkanı verir və Kiyevi hasilatdan əldə olunan gəlirləri ümumi investisiya fonduna köçürməyə məcbur edir”, - agentliyin dərc etdiyi məqalədə deyilir.

Sözügedən saziş Ukrayna üçün təhlükəsizlik zəmanəti vermir və Kiyevin artıq “Hogan Lovells” şirkətinin hüquqşünaslarını bu məsələyə cəlb etdiyu məlumdur.

ABŞ-nin Maliyyə nazirliyinin sözçüsü ölkələr arasında danışıqların davam etdiyini təsdiqləyərək, danışıqları “texniki müzakirələr” adlandırıb. Aprel ayında Ukraynanın baş naziri Denis Şmıqal və Maliyyə naziri Sergey Marçenko Beynəlxalq Valyuta Fondunda (BVF) və Dünya Bankında görüşlər keçirmək üçün Vaşinqtona səfər edəcəklər.

Məlumatda vurğulanır ki, ABŞ prezidenti Donald Tramp Ukraynanın faydalı qazıntıları, o cümlədən qiymətli nadir torpaq metalları ilə bağlı onun müharibəyə son qoyması şərtlərinin bir hissəsi və ABŞ-nin Kiyevə göstərdiyi milyardlarla dollar hərbi yardımını geri qaytarmaq yolu kimi bu sövdələşməyə can atır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   "Qazprom"  





Xəbər lenti