Nazir: “Neftin ucuzlaşması büdcə gəlirlərinə az təsir edəcək”

Nazir: “Neftin ucuzlaşması büdcə gəlirlərinə az təsir edəcək”
  09 Dekabr 2014    Oxunub:1427
“2014-cü ilin dövlət büdcəsinin icrası yüksək səviyyədə olacaq. Böyük ehtimalla, büdcə profisit ilə icra olunacaq”.
AzVision.az apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, qısa müddət ərzində neftin qiymətinin 40%-dən çox ucuzlaşması və xammal bazarlarında hökm sürən qeyri-sabitlik və qeyri-müəyyənlik hökumət tərəfindən də qiymətləndirilir, araşdırılır və buna uyğun olaraq müvafiq tədbirlər görüləcək.

S. Şərifov əlavə edib ki, neftin ucuzlaşmasının bilavasitə dövlət büdcəsinin gəlirlərinə bir o qədər də mənfi təsiri gözlənilmir: “Neftin qiymətinə yenidən baxılması büdcə gəlirləri üçün ən vacib məsələ deyil. Çünki, dövlət büdcəsinin gəlirləri müəyyən mənada sığortalanıb”.

O, bildirib ki, neftin ucuzlaşması fonunda icmal büdcənin gəlirlərində xeyli azalma müşahidə oluna bilər: “İcmal büdcənin gəlirləri əsasən Neft Fonduna toplanan gəlirlərdən ibarətdir. Yəni, bu gəlirlərə baxdıqda biz icmal büdcənin gəlirlərində biz xeyli azalma müşahidə edəcəyik”.

AzVision.az


Teqlər:  





Xəbər lenti