Vergilər Nazirliyinə şikayət edənlərin sayı artıb
Daxil olmuş sual xarakterli müraciətlərin 276-sı barədə araşdırma aparılması üçün müraciət vərəqəsi tərtib edilib, onlar orta hesabla 2,2 gün ərzində cavablandırılıb. Hesabat dövründə vergiödəyicilər tərəfindən 1773 dəfə vergi borcu, 597 dəfə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilib.
Vergiödəyicilərə 14 931 məlumat xarakterli mesaj göndərilib. Onlardan 13752-si qısa mesaj, 1179-u ikitərəfli mesaj olub. Vergiödəyicilərin 195 Çağrı Mərkəzinin xidmətindən razı qalma səviyyəsi 95,2% olub.
Noyabr ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə daxil olmaların sayı 361 538 olub.
Teqlər: