Bu rayonlarımızda qaz kəsilə bilər

Bu rayonlarımızda qaz kəsilə bilər
  10 Dekabr 2014    Oxunub:1656
AzVision.az xəbər verir ki,bu gün saat 10:00-dan 18:00-dək Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Balakən” və “Dəliməmmədli” Qazpaylama stansiyalarında, eləcə də Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Quba” və “Siyəzən” Qazpaylama stansiyalarında təmir işləri aparılacaq.

Təmir müddətində Goranboy rayonunun Dəliməmmədli qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Balakən, Quba və Xızı rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.

AzVision.az


Teqlər:





Xəbər lenti