“SOCAR” Rumıniyada əhatəsini genişləndirir

 “SOCAR” Rumıniyada əhatəsini genişləndirir
  15 Dekabr 2014    Oxunub:1870
Rumıniyada “SOCAR” brendi ilə yeni YDM istifadəyə verilib.
ARDNŞ mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, SOCAR Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edir. Bu gün adıçəkilən ölkənin şimalında, Ukrayna ilə sərhəddə yerləşən Bistritsa şəhərində “SOCAR” brendi ilə yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. Bununla da Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 31-ə çatıb. Açılış mərasimində ARDNŞ-nin Rumıniya Nümayəndəliyinin əməkdaşları, Bistritsa şəhər icra hakimiyyəti və yerli dövlət qurumlarının təmsilçiləri, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Geniş torpaq sahəsinə malik YDM-də Benzin 95 və 98, Dizel Euro 5 və Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Məntəqədə 3 kiçik və 1 böyük avtonəqliyyat vasitəsinin eyni zamanda yanacaqla təmin edilməsinə imkan verən 2 sayğac quraşdırılıb. Digər YDM-lərdə olduğu kimi, Bistritsadakı məntəqədə də “Nar” kafe fəaliyyət göstərir. Burada müştərilərə ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur.

Qeyd edək ki, SOCAR artıq Rumıniyanın 14 regionunda yanacaqdoldurma məntəqələrinə malikdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti