SOCAR ötən il 127 km qazma işi görüb

SOCAR ötən il 127 km qazma işi görüb
  06 Yanvar 2015    Oxunub:1734
Azərbaycan Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) ötən ilin dekabr ayı ərzində 8 506 metr qazma işi həyata keçirib
Bu sahədə görülmüş işlərin 8 062 metri istismara, 444 metri isə kəşfiyyata aid olub. Bu barədə AzVision.az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr Departamentindən məlumat verilib.

Ümumilikdə 2014-cü il ərzində SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) ümumilikdə 127 346 metr qazma işi görülüb ki, bunun da 124 718 metri istismara, 2 628 metri isə kəşfiyyata aid olub.


Teqlər:





Xəbər lenti