DİQQƏT: maşın, siqaret və araq bahalaşır

DİQQƏT: maşın, siqaret və araq bahalaşır
  08 Yanvar 2015    Oxunub:3287
“2015-ci il yanvarın 1-dən Azərbaycanda fiziki şəxslər əmlak vergisini invertar dəyərinə görə deyil, onların xüsusi mülkiyyətində olan mənzillərin sahəsindən asılı olaraq ödəyəcəklər”.
Bu barədə AzVision.az-a iqtisadçı-ekspert Qubad İbadoğlu məlumat verib. O, bildirib ki, əmlak vergisi 30 kvadratmetrdən çox olan sahənin hər kvadratmetrinə görə hesablanacaq və regionlar üzrə fərqləndiriləcək. Onun sözlərinə görə, bu ildən etibarən 10 sotdan çox torpaq sahəsi olan fiziki şəxslər də əvvəlki illə müqayisədə daha çox vergi ödəmək məcburiyyətində qalacaqlar.

Ekspert hesab edir ki, bu il avtomobil həvəskarları üçün də bəd xəbərlərlə başlayıb.

“Son dəyişikliyə görə, idxal olunan avtomobillərə tətbiq edilən yeni aksiz dərəcələri istehlakçıların xərclərini mühərrikin həcmindən asılı olaraq ən azı 100 manat və ən çoxu 13300 manat artıracaq. 2015-ci ildə aksiz dərəcələrinin artımı nəticəsində qiymətləri bahalaşacaq mallar siyahısına etil spirti, araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materialları, şampan şərabı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər daxildir. Bununla yanaşı, siqarlar, eləcə də tütündən hazırlanmış siqaretlər və onun əvəzediciləri aksiz dərəcəsinin atırılmasına görə bahalaşacaq”-deyə Qubad İbadoğlu bildirib.

AzVision.az



Teqlər:  





Xəbər lenti