Səudiyyə Ərəbistanda ərə getməmiş 1,5 milyona yaxın qadın var

Səudiyyə Ərəbistanda ərə getməmiş 1,5 milyona yaxın qadın var
  21 Yanvar 2015    Oxunub:3654
Hesab olunur ki, reallıqda bu rəqəm daha çoxdur.
Səudiyyə Ərəbistanında yaşı 30-u ötmüş ərə getməmiş qadınların sayı 1,5 milyon nəfəri ötüb, The Gulf News xəbər verir.

Bu ölkə əhalisinin 33%-ni təşkil edir.

Bildirilir ki, bu rəqəm çox azaldılıb və əslində 2 milyon nəfərdən çoxdur. Bəzi kişilər ailə saxlamaq yaxud qızın ailəsinə başlıq parası vermək imkanında olmadıqları üçün evlənmədiklərini deyirlər. Məhz buna görə də, bir çox ərəb kişilər xarici qadınları almağa üstünlük verirlər.

Yerli sakinlər hökuməti problemin həlli üçün tədbirlər görməyə çağırıblar. Səudiyyə Ərəbistanında kişiləri eyni yaşda qadın axtarmağa çağırırlar. Krallıqda yetkinlik yaşına çatmayan qızlar və əcnəbilərlə ailə qurmağın məhdudlaşdırılması təklif olunur.

Oxşar addımlar qonşu ərəb dövlətlərində də atılıb. Belə ki, Bəhreyndə xarici qadınla evlənən kişi daha üç yerli qadınla da ailə qurmalıdır. (oxu.az)


Teqlər:





Xəbər lenti